İki vəzifəli şəxs işdən çıxarıldı – Sərəncam

  • 02 Dek - 2019

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Avropa.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Ali Məclis sədrinin digər sərəncamı ilə Mirsədr Seyidov isə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilib.


Oxunma sayı: 903

Oxşar yazılar