Perinatal Mərkəzdə uşaq ölümü - Həkim ittiham edilir

  • 02 Dek - 2019

Sabirabad rayonunda uşaq ölümü baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad Perinatal Mərkəzdə qeydə alınıb.

Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.

Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Oxunma sayı: 551

Oxşar yazılar