Ermənistan ordusu Qarabağda itki verdi: 1 ölü, 1 yaralı

  • 14:21 - 02 Dekabr

Qarabağın işğal olunmuş ərazisində Ermənistan ordusunun hərbi qulluqçusu qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb, daha bir əsgər yaralanıb.

Avropa.info xəbər verir ki, hadisə səhər radələrində, hərbi hissənin mühafizə olunan hissəsində baş verib.

Ölümcül yaralanan əsgərin 21 yaşlı Artur Acamyan, yaralanan əsgərin 1999-cu il təvəllüdlü David Melikbekyan olduğu bildirilir.

Hadisə ilə bağlı istintaq aparılır.


Oxunma sayı: 7305

Oxşar yazılar