Siyavuş Novruzouv: "Bir şeyi xatırlatmaq istəyirəm, deputatları seçici seçir..."

  • 02 Dek - 2019

“Burada həmkarlarım arzu və istəklərini bildirirlər. Bir şeyi xatırlatmaq istəyirəm ki, deputatları seçici seçir. Seçici növbəti seçkilərdə kimi parlamentdə görmək istəsə, onu da seçəcək”.

Bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov söyləyib.

Komitə sədri qeyd edib ki, deputatlar ancaq arzu və istəklərini bildirə bilərlər: “Namizəd kreativ olsun, xarici dil bilsin, müasir olsun və s. Bunlar ancaq bizim arzumuz ola bilər. Arzularımızın reallaşmasını isə seçici müəyyənləşdirəcək. Son zamanlar mətbuatda, televiziyada da istiqaməti dəyişməyə çalışırlar. Ona görə də istiqaməti düz götürək və bunu da insanlara düz izah edək. Ən son sözü təbii ki, seçici deyəcək”.

Spiker Oqtay Əsədov isə deputata belə cavab verdi: “İnanmıram ki, kimsə belə arzu etsin”.

Musavat.com


Oxunma sayı: 551

Oxşar yazılar