Azərbaycan nümayəndələri ABŞ-da "ağıllı kənd təsərrüfatı" sistemi ilə tanış olub

  • 13:09 - 02 Dekabr

Azərbaycandan olan nümayəndə heyəti ABŞ-ın Missuri ştatının Jeferson şəhərinin Rotary klubunun dəvəti ilə kənd təsərrüfatı yenilikləri və ABŞ mədəniyyəti ilə tanış olmaq məqsədi ilə ABŞ-a səfər edib.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində məlumat yayılıb. 

Məlumatda deyilir ki, nümayəndə heyəti iqlim dəyişikliklərini nəzərə alaraq, düşünülmüş “ağıllı kənd təsərrüfatı” sistemi, turizm, şərabçılıq və ştatın fermerlik ənənələri ilə tanış olub. Onlar həmçinin, su və torpaq ehtiyatları haqqında da məlumat almaq imkanı əldə edib.

5 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin səfəri Open World liderlik proqramı çərçivəsində baş tutub. Proqramın əsas məqsədi müxtəlif ölkələrdən olan liderlər arasında möhkəm bağların yaradılmasıdır.


Oxunma sayı: 5325

Oxşar yazılar