Balaca gimnastımız Mina Abbasova 1 ayda 4-cü medalını qazandı

  • 02 Dek - 2019

29 noyabr-1dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində Bədii Gimnastika üzrə  X ənənəvi beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib. Turnirlərdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya, İrlandiya və Azərbaycanın  21 klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz  - artıq yalnız qələbələrinə adət etdiyimiz  on  yaşlı Mina  Abbasova bu dəfə də  üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinciliyi əldə edib və noyabr ayı ərzində  4-cü medalını - ümumilikdə isə 39-cu medalını (15 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.

Avropa.info xəbər verir ki, alaca Minadan başqa Azərbaycanı bu yarışlarda "Gym kids" klubu da təmsil edib. Öz uğurlu çıxışları ilə müxtəlif yaş qruplarından olan  gimnastlarımız - Əlizadə Fatimə (2012), Aybəniz  Qafarova (2014), Samirə Rzayeva  (2014), Daniela Səfarova (2010) 1-ci yerlərə,   Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Həşimova  (2010) 2-ci yerlərə sahib olublar. 

Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadığı ölkədə -  Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya  gələn  Mina məhz "Gym kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının  Macarıstanda qazandığı uğurlar Minanı hədsiz sevindirir.

Biz də sənin sevincinə qoşuluruq, Mina!  Qoy, Azərbaycan adına qələbələr gətirən övladlarımız hər zaman çox olsun!

Uğurlar, Mina!


Oxunma sayı: 639

Oxşar yazılar