Oqtay Əsədov: “Həmin məsələni müzakirə etmək üçün yığışmışıq”

  • 02 Dek - 2019

“Nazirlər Kabinetində, idarətetmə orqanlarında, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında belə deyib.

Spiker bildirib ki, hakim Yeni Aazərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək, iclas çağırmasını xahiş edib:

“Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək, qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi” məsələsidir”.

modern.az


Oxunma sayı: 551

Oxşar yazılar