Yunanıstan Türkiyədən NATO-ya şikayət edəcək - Səbəb

  • 12:13 - 02 Dekabr

Yunanıstan bu həftə Londonda keçiriləcək NATO sammitində Tripolidə Türkiyə ilə Liviya Milli Həmrəylik hökuməti arasında imzalanan memorandum ilə bağlı şimal alyansına müraciət edəcək.

Avropa.info xəbər verir ki, Yunanıstan baş naziri Kiriakos Miçotakis memorandum əleyhinə NATO-dan dəstək istəyəcəyini bildirib.

“Üzvlərindən hər hansı biri beynəlxalq hüququ açıq şəkildə pozduqda və başqa üzvə zərər verməyi məqsəd güddükdə, alyans biganə qala bilməz” – o, belə deyib.

Qeyd edək ki, keçən həftə Türkiə prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviya Milli Həmrəylik hökumətinin nazirlər şurasının sədri Fayez Əl Sərrac ilə Dolmabağça sarayında görüşmüşdülər.

Görüşdə Türkiyə və Liviya Milli Həmrəylik hökuməti arasında “Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması memorandumu” və “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma memorandumu” imzalanmışdı.

Memorandum Misir, Kipr və Yunanıstanın etirazına səbəb olmuşdu. Yunanıstan XİN Türkiyənin Afina səfirini nazirliyə çağırmışdı. Yunanıstan xarici işlər naziri Nikos Dendias isə məsələni müzakirə etmək üçün Qahirəyə getmişdi.


Oxunma sayı: 4489

Oxşar yazılar