“Komissar Nazim” ləqəbli narkotacir tutuldu – Foto

  • 11:34 - 02 Dekabr

Nizami Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, tədbir zamanı Cəlilabad rayon sakinləri əvvəllər məhkum olunmuş “Komissar Nazim” adı ilə tanınan narkotacir Nazim Qurbanov və Mirşahin Həsənov sonuncunun idarə etdiyi “Lada Priora” markalı avtomobillə birlikdə Nizami rayonunda saxlanılıb.

Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı külli miqdarda narkotik vasitələr- 7 kiloqram 50 qram tiryək, 1 kiloqram 5 qram heroin və 239,775 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Qeyd edək ki, avtomobili idarə edən Mirşahin Həsənov əldə etdikləri psixotrop maddələrdən 10,245 qram metamfetamini Nazim Qurbanovdan gizli onun bağlamasından oğurlayaraq sonradan satmaq məqsədi ilə özündə saxlayıb. Polislər tərəfindən avtomobilə baxış zamanı Mirşahin Həsənovun oğurladığı metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

 


Oxunma sayı: 6920

Oxşar yazılar