Azərbaycanda problemli kreditlərin həcmi açıqlandı

  • 11:26 - 02 Dekabr

Bu ilin noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 384,9 milyon manat təşkil edib ki, bu da son bir ayda 58 milyon manat və ya 4 faiz azdır.

APA -nın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ölkədə problemli kreditlərin həcmi cari ilin əvvəlindən 200,1 milyon manat və ya 12,6 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 313,7 milyon manat və ya 18,5 faiz azalıb.


Oxunma sayı: 6040

Oxşar yazılar