Goranboyda partlayış: Yaralılar var – 3-ü azyaşlıdır

  • 02 Dek - 2019

Goranboy rayonunda fərdi yaşayış evində partlayış baş verib. 

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.

Hadisə nəticəsində evdə olan dörd nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Yaralılardan üçünün azyaşlı olduğu bildirilir. 

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.

Partlayış nəticəsində yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.

Xəsarət alanlar Ucar rayon sakinləri - 2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cl il təvəllüdlü Cahid Əhmədovdur. 

Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir. 

T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir.


Oxunma sayı: 1618

Oxşar yazılar