Şenol Günəş: “Bakıda doğma meydanda oynayacağıq”

  • 09:58 - 02 Dekabr

2020-ci ildə keçiriləcək Avropa çempionatının təqvimi müəyyən edilib. 

Avropa.info xəbər verir ki, A qrupunda yarışan qardaş Türkiyənin milli komandasının 2 oyunu Bakıda, Olimpiya stadionunda keçiriləcək. Türkiyə millisi iyunun 17-də Uelslə qarşılaşacaq. İyunun 21-də isə Türkiyə millisinin növbəti oyunu İsveçrə ilə olacaq. “A milli”nin Bakıda oynayacağı Türkiyədə sevinclə qarşılanıb. 

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş sosial şəbəkəsində hesabında Bakının önəmini vurğulayıb. “Azərbaycanda öz meydançamızda oynayacağıq. Buraya gəlmək çox əhəmiyyətli idi, qürurvericidir. İnşallah qrupdan çıxaraq daha gözəl günlər görərik”-deyə, Şenol Günəş qeyd edib.


Oxunma sayı: 9362

Oxşar yazılar