Azercell ilə “Karyerada ilk addım”ını at!

  • 02 Dek - 2019

Ölkədə gənclərin həm fərdi, həm də peşəkar inkişafına təkan verən layihələrin təşəbbüskarı və Karyera Sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət, Azərbaycan Texniki Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində noyabr ayının 28-i İdman sarayında təşkil olunan II Karyera Sərgisinə qatılıb. “Karyerada ilk addım” devizi altında keçirilən bu sərgi iş imkanlarını gənc peşəkarlarla paylaşmaqla yanaşı, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət qurması və iş həyatında möhkəm addımlarla irəliləməsi yönündə önəmli bir təşəbbüsdür.

Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları sərgi iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib və onları maraqlandıran sualları cavablandırıb. Həmçinin Azercell əməkdaşları şirkətdə mövcud olan vakansiyalar, tələbələr üçün nəzərdə tutulan Təqaüd və Təcrübə proqramları barədə də bəhs edib. 

Vurğulamaq istərdik ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi təhsil sahəsinə aiddir. Ölkənin aparıcı ali təhsil mərkəzləri ilə əməkdaşlıq edən Azercell bu minvalla gənclərin potensiallarının üzə çıxarılmasına, onların peşəkar kadr olaraq yetişdirilməsinə öz dəstəyini verir. 


Oxunma sayı: 551

Oxşar yazılar