Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul edildi – Yenilənib

  • 09:54 - 02 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.

APA -nın xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çxıarılıb və səs çoxluğu ilə qəbul edilib.

***

Milli Məclisin iclası başlayıb.

Avropa.info-nun Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirə edilir.

***

Bu gün - dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək. 

Avropa.info xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ daxildir: Parlamentin buraxılması üçün Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların müraciətinə baxılması...

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub.

68 nəfər YAP-çı deputatın təşəbbüsünə  daha sonra müstəqil deputatlar da dəstək verib.

Ehtimal olunur ki, bugünkü iclasın sonunda Milli Məclis parlamentin buraxılması təşəbbüsünü dəstəkləyəcək və 2 ay ərzində növbəti seçkilərin keçirilməsi üçün ölkə başçısı tərəfindən qərar veriləcək.


Oxunma sayı: 10385

Oxşar yazılar