Şəmkirdə yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib - Yenilənib

  • 01 Dek - 2019

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub. 

Daxili İşlər Nazirliyin Gəncə Regional Mətbuat xidmətindən  verilən məlumatına görə, qəzada Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib. 

Qəzada ölən Orucov Dilqəm və Orucov Vüqar qardaşdır. Bir yaşlı Orucova Nübar isə O. Dilqəmin qızıdır.  

***21:50 

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.   

Qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki,  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb.  

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.  

Faktla bağlı araşdırma aparılır.   

20:54*** 

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 


Oxunma sayı: 837

Oxşar yazılar