Binəli Yıldırım: “Gözlə bizi, can Azərbaycan” - Foto

  • 01 Dek - 2019

AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirirəcək.

Bununla bağlı türkiyəli millət vəkili Binəli Yıldırım şəxsi tvitter hesabında paylaşım edib.

"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbrsizlənirəm. Gözlə bizi, can Azərbaycan",-deyə sabiq Baş Nazir paylaşımda qeyd edib.

Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.


Oxunma sayı: 936

Oxşar yazılar