Lüis Hemilton "Formula 1" üzrə Abu Dabi Qran-prisinin qalibi oldu

  • 01 Dek - 2019

"Yas Marina" avtodromunda "Formula 1" üzrə Abu Dabi Qran-prisinin həlledici mərhələsi başa çatıb.

"Report"un məlumatına görə, mövsümün son yarışının qalibi adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yeri "Red Bull"dan Maks Ferstappen tutub. "Üçlüy"ü "Ferrari"dən Şarl Lekler qapayıb.

Yürüş zamanı "Toro Rosso" pilotunun bolidi Pyer Qaslinin ön qanadı qırılıb. Nəticədə Qasli finişə 18-ci çatıb. 

"Racing Point"dən Lens Stroll isə finişə çata bilməyib.

Qeyd edək ki, Lüis Hemilton daha öncə 6 qat dünya çempionluğunu təmin edib. "Mercedes" isə Konstruktorlar Kubokunun qalibi olub.


Oxunma sayı: 870

Oxşar yazılar