Zaqatalada zəlzələ olub - YENİLƏNİB

  • 01 Dek - 2019

Azərbacanın şimal-qərb bölgəsində zəlzələ baş verib.

Yeraltı təkanlar bugün günorta saat 14:10 radələrində qeydə alınıb.

Qax rayonunun Güllük və Zərnə kənd sakinlərinin verdiyi məlumata görə, yeraltı təkanlar bir dəfə hiss olunub.

Dağıntı və tələfat yoxdur.

***14:53

İlkin məlumatlara əsasən yerli vaxtla saat 14:06-da Zaqatala stansiyasından 8 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxin ətraf rayonlarda 3 bala qədər hiss olunub.


Oxunma sayı: 650

Oxşar yazılar