Əfqanıstanda endirilən zərbələr nəticəsində 6 dinc sakin həlak olub

  • 01 Dek - 2019

Əfqanıstanın Host vilayətinə pilotsuz uçuş aparatı vasitəsilə endirilən hava zərbələri nəticəsində bir ailənin 6 üzvü həlak olub.

Bu barədə "TOLOnews" bildirib.

Qeyd edilir ki, həlak olanlar arasında uşaqlar da var.

Əfqanıstandakı ABŞ silahlı qüvvələrinin nümayəndəsi hava zərbəsi haqqında informasiyanı təsdiq edib. Onun sözlərinə görə, ABŞ komandanlığı həlak olmuş dinc sakinlər haqqında açıqlamalar alıb və hazırda bu məlumatları yoxlayır.

ABŞ silahlı qüvvələrinin nümayəndəsi həmçinin bildirib ki, pilotsuz uçuş aparatları "Taliban" radikal hərəkatının üç döyüşçüsünü zərərsizləşdirməli idi.  

Report


Oxunma sayı: 771

Oxşar yazılar