Rusiyada avtobusun körpüdən çaya düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

  • 01:12 - 01 Dekabr

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

 "RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bu barədə Zabaykal diyar qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edək ki, avtobusda 43 sərnişin olub.

Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Nəticədə avtobus körpüdən çaya düşüb.

APA


Oxunma sayı: 1530

Oxşar yazılar