Sabahdan Bakı-Pirşağı-Bakı elektrik qatarı hərəkətə başlayacaq - Tariflər

  • 15:38 - 01 Dekabr

Sabahdan Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən  elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.

Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəli:

 

İstiqamət

Tarif (manatla)
EkonomBiznes
Plastik kartla

çap olunmuş

biletlə

 

Plastik kartla

çap olunmuş

biletlə

 

Bakı-Keşlə (Keşlə-Bakı)0.400.501.001.10
Bakı-Koroğlu (Koroğlu-Bakı)0.400.501.001.10
Bakı-Bakıxanov (Bakıxanov-Bakı)0.500.601.401.50
Bakı-Sabunçu (Sabunçu-Bakı)0.500.601.501.60
Bakı-Zabrat-1  (Zabrat-1-Bakı)0.600.701.601.70
Bakı-Zabrat-2  (Zabrat-2-Bakı)0.600.701.601.70
Bakı-Məhəmmədi-(Məhəmmədi-Bakı)0.700.801.701.80
Bakı-Pirşağı (Pirşağı-Bakı)0.800.901.801.90

Oxunma sayı: 5083

Oxşar yazılar