Malayziyada denqe qızdırmasından 162 nəfər ölüb

  • 01 Dek - 2019

İlin əvvəllərindən Malayziyada denqe qızdırması xəstəliyinə 119198 yoluxma hadisəsi qeydə alınıb.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Malayziyanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bu il həmin virus infeksiyasından 162 nəfər ölüb.

Səhiyyə Nazirliyinin statistikasına görə, Malayziyada 2019-cu ildə kəskin transmissiv virus xəstəliyinə yoluxma hadisələri çoxalıb. Xəstəliyin virusunun daşıyıcıları ağcaqanadlardır.

Məlumata görə, Malayziyada 2018-ci ildə bu xəstəliyə 80615 yoluxma hadisəsi qeydə alınıb. Ötən il denqe qızdırmasından 147 nəfər ölüb.

Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə insana ötürülən virus infeksiyasıdır. Xüsusi halda, xəstəliyə yoluxma hadisələrinin artımı yağıntılı mövsümündə- iyunda, sentyabrda, dekabrda və martda rast gəlinir.


Oxunma sayı: 826

Oxşar yazılar