Bərdədə baş verən ağır yol qəzası - 7 nəfər xəsarət alıb

  • 13:37 - 01 Dekabr

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib


Oxunma sayı: 12145

Oxşar yazılar