Suriyada partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

  • 12:30 - 01 Dekabr

Suriyanın şimalında minalanmış avtomobil partladılıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Cerablus ərazisində qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.

Partlayış zamanı yaxınlıqdakı obyektlərə də ziyan dəyib. Təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu bildiriblər. Hadisənin YPG/PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

Yerli mətbu orqanların məlumatına görə, Suriyada ikinci partlayış paytaxt Dəməşqdə baş verib. Hadisə zamanı 2 nəfər həlak olub. Onların azyaşlı olduqları bildirilir


Oxunma sayı: 925

Oxşar yazılar