Prezidentin 2018-də anons etdiyi yeni dövr və ölkəni yenidən dizayn edəcək kardinal islahtlar : Ruslan Bəşirli son sərəncamlardan yazır

  • 30 Noy - 2019

Əslində baş verən və inqilabi dəyişikliklər kimi xarakterizə olunan kadr islahatları gözlənilməz deyildi. Prezident İlham Əliyev 2018-ci ilin son günündə etdiyi çıxışda bu islahatların anonsunu etmişdi. Ölkə başçısı postneft dövrünün başladığını, yeni siyasi paradiqmanın formalaşdığını və bu yeni paradiqmanın kardinal islahatları zəruri etdiyini açıqca bildirmişdi.

Prezident bu çıxışından öncə isə daha bir zəruri addım atdı. 2018-ci ilin aprel aının 11-də ölkədə erkən prezident seçkilərinin keçirilməsi haqda qərar verildi. Erkən prezident seçkilərinin keçirilməsi kardinal islahatların başlaması üçün zəruri bir addım idi. Ölkə başçısı dünyada gedən prosesləri, yeni siyasi paradiqmanı dəyərləndirib praqamatik qərarlar verə bilən güclü siyasətçidir. Bütün bunları nəzərə aldıqda Prezidentin yeni islahatlar modeli gözlənilən idi. 

Lakin, Azərbaycan uzun illərdir əsası mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulan islahatların təkamül yolu modelini seçib. Prezident İlham Əliyevin də islahatlar modelinə nəzər yetirdikdə məhz  təkamül yolunu seçdiyini görürük.

Beləliklə, Prezident İlham Əliyev noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq olunması ilə bağlı sərəncam imzaladı. Bundan öncə isə Prezident yeni baş nazir təyin edilməsi, iqtisadiyyata cavabdeh olan bir neçə nazirliyin ləğv edilərək bir nazirlikdə birləşdirilməsi, Prezident Administirasiyasına yeni, gənc məmurun təyin edilməsi haqda sərəncamlar vermişdi. Eyni zamanda yaşı 70-i keçmiş baş nazirin müavinləri, bir sıra rayonların icra başçıları vəzifələrindən azad olundu. Bunların yerinə isə daha çox gənclər təyin edildi. Hansı ki, Prezident erkən seçkilərdəki parlaq qələbəsindən sonra, gəncləşdirmənin əsas prioritet olacağını anons etmişdi. Əlbəttə, gəncləşdirmə deyərək böyük dövlətçilik təcrübəsi olan, yeni dövrlə ayaqlaşa bilən məmurların hamısının vəzifədən uzaqlaşdırılması tam olaraq müsbət nəticə verə bilməzi. Yəni təcrübə ilə gənclərin dinamizmi arasında qurulacaq bir vəhdətə ehtiyac vardı. Bu səbəbdən də yeni paraqdiqma ilə uzlaşa bilən "köhnə qvardiya"nın bəzi məmurları ya vəzifələrində saxlanıldı, ya da yeni vəzifələrə təyin olundular. 

Prezident administrasiyası ile ilgili görsel sonucu

Prezidentin vəzifədən azad etdiyi "köhnə qvardiya" məmurlarının mütləq əksəriyyətinə göstərdiyi münasibət də təqdirəlayiqdir. Ölkə başçısı onları qəbul etdi, uzun müddət göstərdikləri xidmətə görə təşəkkür etdi və hətta bəzilərini mükafatlandırdı. Bu əlbəttə siyasətdə müsbət nümunədir. İlham Əliyev dövlət ədəbinin, ərkanının nə olduğunu və necə olmalı olduğunu ortaya qoydu. 

Əlbəttə, yeni dövrün tələblərinə uyğun dəyişən və yenilənən hökumət komandası ilə yanaşı, qanunverici orqanın da yenilənməsinə ehtiyac var. Məhz bu səbəbdən də hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar müraciət edib. Böyük ehtimalla Milli Məclis buraxılacaq və yeni seçkilər keçiriləcək. Ehtimal etmək olar ki, ən azı hakim partiyanın namizədlərinin mütləq əksəriyyəti gənclərdən ibarət olacaq. 

Yazının əvvəlində də qeyd etdiyim kimi,  İlham Əliyevin qətiyyətli şəkildə başlatdığı islahatlar əslində Azərbaycanın yenilənməsidir. Artıq heç nə əvvəlki kimi olmayacaq. Bu heç şübhəsiz ki, xalqın xeyrinə olacaq. Yeni dövrdə korrupsiyanın iyini belə duymamış gənclərin dövlət aparatına gətirilməsi Prezidentin əsas prioritetlərindəndir. 

İslahatlar dalğasının ən önəmli hissəsi təbii ki, media ilə bağlıdır. Media sahəsində ciddi bir açılımın olacağı gözlənilir. Artıq bunun işartıları da görünməkdədir. Son aylar İTV-də keçirilən debatlara iqtidar, müxalifət təmsilçiləri, illərlə televiziya yasağı olan müstəqil siyasi şərhçilərin, politoloqların, fikir adamlarının dəvət edildiyini görürük. Əlbəttə, fərqli fikir həm hakimiyyətin, həm də bütövlükdə cəmiyyətin xeyrinədir. Bu həm də, xaricdən idarə olunan "söyüş müxalifəti"ni və bu satqınların arxasında duranları oyundankənar vəziyyətə salacaq. 

Əlbəttə, ölkə başçısının ölkəni yeniləyən islahatları, şərti olaraq ənənəvi adlandırılan müxalifətin yox oluşunu daha da tezləşdirəcək. Səbəb çox sadədir. Azərbaycanda 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində dünyaya gələn insanların içərisində  artıq dövlət orqanlarında yüksək vəzifə tuturanlar var. Elə həmin illərdən siyasətə başlayan Azərbaycanın ənənəvi müxalifət liderləri isə hələ də müxalif partiya sədrləri vəzifələrini tuturlar. Əslində, onları müxalif partiya sədri kimi xarakterizə etmək də abdurddur. Marginallaşmış qrup rəhbərləri demək daha doğru olardı. Bu adamlar islahatlara açıq deyillər, keçmişdə içlərindən önə çıxmaq istəyən gənclərin "başından vurublar", partiyalarını kiçildə -kiçildə söyüş terroru ilə məşğul olan marginal bir qrupa çeviriblər. Boş, mənasız pafosla bəslənən bu liderçiklərin ətrafından insanlar sürətlə uzaqlaşıb. İndi 10 milyonluq Azərbaycanda bunların keçirdiyi mitinqlərə 3000-dən çox adam yığışmır. Siz dünyanın harasında, kimə 1990-cı il AXC (P) -sinin varlığını sübut edə bilərsiniz? Şərqi Avropada, postsovet məkanında AXC-lər çoxdan tarixin arxivindədir. Həmin AXC-lərin rəhbərləri isə pensiyadadırlar. Azərbaycanda isə... Lakin, yeni siyasi paradiqmada onlara yer olamayacağını , əriyərək tamamilə yoxa çıxacaqlarını söylmək mümkündür.   

Beləliklə, Prezident son sərəncamları ilə ölkənin yeni dövrə keçdiyinin siqnalını verdi. Yeni dövrün xeyirli olması ümidi ilə... 

Ruslan Bəşirli /AVROPA.info/


Oxunma sayı: 3367

Oxşar yazılar