Ağcabədidə narkotik alverçisi heroinlə tutulub

  • 19:18 - 30 Noyabr

Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAvropa.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və heroin aşkar edilib. Onun yaşadığı evə baxış zamanı isə çəkisi 120 qram olan marixuana və 200 qramdan artıq heroin də aşkar edilərək götürülüb.


Oxunma sayı: 5072

Oxşar yazılar