Bakıda naməlum şəxslər 14 yaşlı oğlanı silahla hədələyib qarət etdilər

  • 23:15 - 29 Noyabr

Bakıda azyaşlı qarət edilib. 

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. 

Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Qasımov Fərid İsa oğlu Nizami rayonu, M.Şərifli küçəsi, 25 ünvanında olarkən 2 nəfər naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib üzərində olan 2 ədəd "Samsung" markalı telefonu alaraq hadisə yerindən qaçıb. 

Faktla bağlı cinayət işi başlanıb.


Oxunma sayı: 4907

Oxşar yazılar