Avropa Parlamenti Aİ ərazisində “fövqəladə vəziyyət” tətbiq edib

  • 20:38 - 29 Noyabr

Avropa Parlamenti dekabrın 2-13-də Madriddə keçiriləcək BMT-nin iqlim dəyişmələri məsələlərinə həsr edilmiş Konfransı ərəfəsində Avropada və bütün dünyada iqlim və ətraf mühit sahəsində “fövqəladə vəziyyət” elan edən qətnaməni bəyənib.
Avropa.info xəbər verir ki, deputatlar Avropa Komissiyasını bütün müvafiq qanunvericilik və büdcə təkliflərinin Aİ-nin qlobal istiləşməni 1,5 dərəcədən aşağı səviyyəyə qədər məhdudlaşdırılması məqsədlərinə tam uyğunlaşdırılmasını təmin etməyə çağırıblar.
Qətnamə Aİ-ni 2050-ci ilə qədər iqlim təhlükəsizliyinin təmin olunması üzrə strategiyasını təqdim etməyə çağırır. Deputatlar Avropa Komissiyasının yeni prezidenti Ursula fon der Leyeni Avropanın “Yaşıl kursu”na parnik qazı tullantılarının 2030-cu ilədək 55 faiz azaltmaq məqsədi qoymağa dəvət ediblər. Onların fikrincə, Aİ ölkələri “Beynəlxalq Yaşıl İqlim Fondu”na öz ödənişlərini ən azı iki dəfə artırmalıdırlar.
Parlament hesab edir ki, aviasiyada və gəmiçilikdə indiki vəziyyət tullantıların azaldılmasına şərait yaratmır.
Nəhayət, deputatlar israrla bütün Aİ ölkələrini qazıntı yanacağa birbaşa və dolayı subsidiyaları 2020-ci ilədək dayandırmağa çağırıblar.
İqlim və ətraf mühit sahəsində fövqəladə vəziyyətin elan edilməsi haqqında qətnamənin lehinə 429 səs, əleyhinə 225 səs verilib, 19 deputat bitərəf qalıb.


Oxunma sayı: 6568

Oxşar yazılar