Dövlət Neft Fondunun yeni icraçı direktoru kimdir? – Dosye

  • 17:12 - 29 Noyabr

Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin edib.

Avropa.info-nun məlumatına görə, bu təyinatadək İsrafil Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsində çalışırdı. Modern.az Dövlət Neft Fondunun yeni icraçı direktorunun tərcümeyi-halını təqdim edir: İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. İxtisasca iqtisadçıdır.

İngilis, ərəb, rus dillərini bilir.

Evlidir, üç övladı var.

İ.Məmmədov 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.

1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.

2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub.

2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.


Oxunma sayı: 9978

Oxşar yazılar