Bu gün Milli Məclis yeni Ombudsman seçəcək – Üç namizəd var

  • 10:00 - 29 Noyabr

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Avropa.info-nun məlumatına görə, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılacaq və 3 nəfərdən 1-i Ombudsman təyin ediləcək.

Qeyd edək ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb. 

Namizədlərdən biri Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır.  O, Milli Məclıisin sabiq vitse-spikeri, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır.


Oxunma sayı: 9989

Oxşar yazılar