Argentinada məktəbliləri daşıyan avtobus aşıb, iki nəfər ölüb
- 21:00 - 28 Noyabr
Argentinada məktəbliləri ekskursiyaya aparan avtobus aşıb.
İnsident nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Argentinanın şimal-şərqində yerləşən San Klemente del Tuyu şəhərindəki okeanariuma gedən avtobusda 11-13 yaş arası 43 şagird və onları müşayiət edən 8 böyük olub.
Aralarında ağır xəsarət alan uşaqların da olduğu yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. Sürücünün qanında alkoqol miqdarı ilə bağlı test mənfi nəticə verib.
· 3h
Confirman la muerte de dos chicos de 11 y 12 años: iban 53 personas a bordo.
Así se ve el incidente desde la Ruta 2 a la altura de Lezama. https://clar.in/35LOfDL