Narkotik qaçaqmalçılığının qarşısı alınıb – Foto

  • 17:45 - 28 Noyabr

Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir tədbir həyata keçirib.

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısı alınıb. Belə ki, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna vətəndaşı Haıevskyı Leonıdin idarə etdiyi “Reno” markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

 

Həmin nəqliyyat vasitəsində olan 560 rulon “süni dəri” yükünün Azərbaycandan tranzit keçməklə İranın “Hadyeh Golbaf Jahan Co.” şirkətindən Ukraynanın “Lımıted Lıabılıty Company Kasrık Ukraıne LLC” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon “süni dəri” yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə - heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

 

 


Oxunma sayı: 4379

Oxşar yazılar