Qadını çılpaq şəkillərini yaymaqla hədələyən şəxs saxlanıldı

  • 16:38 - 28 Noyabr

Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Avropa.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. 


Oxunma sayı: 4247

Oxşar yazılar