"Sevilya"nın baş məşqçisi "Qarabağ"la oyundan danışdı

  • 17:35 - 27 Noyabr

“Növbəti mərhələ və qrup birinciliyini təmin etsək də, həm özümüzə, həm rəqibə hörmətlə yanaşırıq”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək V turunun “Qarabağ”la matçına həsr olunan mətbuat konfransında çıxış edib. O, komandasının görüşə qələbə iddiası ilə çıxacağını bildirib: “Qarabağ” ikinci yer uğrunda mübarizə aparır. Biz maksimal dərəcədə iddialı olmalıyıq ki, üç xal qazanaq. Oyuna ən hazırlıqlı, ən uyğun 11 futbolçu buraxacağıq. Yaxşı oyun göstərməliyik. Futbolçular meydana çıxıb zövq almalıdırlar. Bir və ya iki hücumçu ilə mübarizə aparacağımıza oyun günü aydınlıq gələcək”.

X.Lopeteqi meydana qələbə üçün çıxacaqlarını da qeyd edib: “Rəqib bizi narahat etməyə, iddiamızı yoxlamağa çalışacaq. Heyətdə gənc, gələcək vəd edən, oynamağa “ac” olan futbolçularımız var. Bu, Avropa Liqasının oyunudur. Biz qələbə qazanmaq istəyirik. Bizi xaldan başqa heç nə maraqlandırmır. Komandanın hər oyunda necə oynaması normal funksional hazırlığa təsir edir. Bütün oyunlar çətin olur. Komanda həmişə yaxşı hücum edir və müdafiə olunmağı bacarır. Xesus Navas bugünkü komanda məşqində iştirak edib. Onun hazırlıq durumuna həftə ərzində aydınlıq gələcək”.


Oxunma sayı: 2311

Oxşar yazılar