Bakıda hədə-qorxu ilə pul tələb edən dəstənin bütün üzvləri həbs edildi

  • 11:46 - 27 Noyabr

Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilən digər şəxslər də saxlanılıb.

Avropa.info DİN-ə istinadla xəbər verir ki,  noyabrın 18-də paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbə sakini E.Məmmədovdan bir qrup naməlum şəxs onu hədələyib 7000 manat pul tələb edib.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Yusifov, R.Əliyev, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Dadaşzadə və Şərur rayon sakini Əmrah Nağıyev saxlanılıb.

Daha sonra qrupun digər üzvləri - 1989-cu il təvəllüdlü N.Eminov, Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü S.Abbasov və Masallı rayon sakini, 1995-ci il təvəllüdlü R.Quliyev də tutulub.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5171

Oxşar yazılar