Antalyada 2 azərbaycanlı qadın güllələndi

  • 11:30 - 26 Noyabr

Türkiyədə azərbaycanlıların iştirakı ilə silahlı insident olub.

Avropa.info unikal.org-a istinadən xəbər verir ki, hadisə Antalya şəhərində qeydə alınıb.

Məlumatına görə, 75 yaşlı Hüseyn Yeni 2 ay əvvəl evləndiyi 51 yaşlı azərbaycanlı qadın Məhəbbət Cəfərova və həyat yoldaşının qohumu Firdus Əliyeva ilə mübahisə edib. Mübahisə Hüseynin var-dövlətinin kimə miras qoyulması ilə bağlı yaranıb.

Mübahisə zamanı qadınlardan biri Hüseyn Yeniyə xəsarət yetirib. Bu zaman Hüseyn silahla qadınlara atəş açıb. Hadisə nəticəsində Firdus Əliyeva hadisə yerində ölüb. Məhəbbət Cəfərova və əri isə xəstəxanaya yerləşdiriliblər.


Oxunma sayı: 4731

Oxşar yazılar