UEFA "Qarabağ"a daha bir ödəniş edib

  • 19:45 - 25 Noyabr

UEFA-nın Klub Yarışları Komitəsinin 2019-cu il avqustun 29-da Monakoda keçirilmiş iclasında 2018/2019-cu il mövsümündə Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib. 

Avropa.info-nun məlumatına görə, klublar üçün məbləğin "market pool" nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.


Oxunma sayı: 6832

Oxşar yazılar