Türkiyə siyasətində böyük skandal : "Məhərrəm İncə Ərdoğanla gizlincə görüşdü və təlimat aldı " yalanı - "CHP-ni FETÖ-çü qrup idarə edir"

  • 15:00 - 25 Noyabr

Türkiyənin ana  müxalifət partiyası CHP-də böyük qalmaqal yaşanır. 

Avropa.info xəbər verir ki, noyabrın 20-də CHP-yə yaxınlığı ilə bilinən "Sözçü" qəzetinin yazarı Rahmi Turan skandal bir iddia ilə çıxış edib. 

Rahmi Turan yazdığı köşə yazısında tanınmış bir CHP-linin gizlincə Prezident İqamətgahına gedərək ölkə başçısı Ərdoğanla görüşdüyünü və prezidentin ona "CHP-in başına sənin kimi vətənpərvər, millətçi şəxsin keçməsi lazımdır. CHP sədri seçilmən üçün mən də dəstək verərəm" dediyini yazıb. İddiaya görə, həmin şəxs də bununla razılaşıb. 

Картинки по запросу rahim turan

                                                                       "Sözçü" yazarı Rahmi Turan

Bu xəbər ölkə siyasətində şok effekti verib. Xəbərin ardınca ABŞ telekanallarından birinə açıqlama verən CHP sədri Kamal Klıcdaroğlu xəbərin doğru olduğunu, lakin Ərdoğanla görüşdüyü iddia olunan həmin şəxsin adını açıqlamaq istəmədiyini deyib. 

Klıcdaroğlunun bu açıqlamasından sonra, diqqətlər CHP-nin içindəki müxalif qrupa dönüb. Hansı ki, ulusalçı, millətçi  adlandırılan bu qrup uzun müddətdir CHP-nin HDP ilə əməkdaşlığına qarşı çıxır. 

Rahmi Turanın yazısından sonra, Klıcdaroğlu CHP-si Ərdoğanı partiyaları dizayn etməkdə suçlayarkən, AK Partiya tərəfdarları sözügedən yazının CHP sədri tərəfindən sifariş edildiyini, Klıcdaroğlunun qarşıdan gələn qurultayda qarşısına çıxan rəqiblərinə "Ərdoğanın adamı" damğası vurmağa çalışdığını bildiriblər. 

Məsələylə bağlı açıqlama verən prezident Ərdoğan isə konkret danışıb. Ərdoğan iddianın sübut olunacağı təqdirdə vəzifəsindən istefa verməyə hazır olduğunu, əks təqdirdə isə iddiaları doğrulayan Klıcdaroğlunu CHP sədrliyindən istefa verməyə çağırıb. 

Müzakirələrin qızışdığı bir vaxtda yazının müəllifi Rahmi Turan Londondan CNN Türkün canlı yayımına qatılaraq Ərdoğanla görüşdüyü iddia olunan şəxsin adını açıqlayıb. Rahmi Turan əldə etdiyi məlumata əsasən bu şəxsin 2018-ci ildə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə olduğunu deyib. Lakin, Rahmi Turanın yazısı və açıqlamalarındakı ziddiyətli məqamlar da müzakirə mövzusuna çevirilib. Turan, iddiasını sübut edən heç bir sənədinin olmadığını, ona məlumat verən şəxsə inandığını, lakin inanmaqda  xəta etdiyini deyib. 

Məhərrəm İncə isə Rahimi Turanın bu açıqlamasına sərt reaksiya verib. İncə iddiaların sübut olunacağı təqdirdə özünü Taksimdə yandırmağa hazır olduğunu bildirib. O, həmçinin bu yazının CHP-də partiyanı idarə edən bir qrup tərəfindən ortaya atıldığını və bunun ardınca gedəcəyini deyib. 

 

                                                                  Məhərrəm İncə     

Türkiyə ictimaiyyətinin sərt tələblərindən sonra, Rahmi Turan məlumat aldığı mənbənin də adını açıqlayıb. "Sözçü" yazarı mənbənin jurnalist Talat Atilla olduğunu deyib. Lakin, burada da bir ziddiyyət ortaa çıxıb. Belə ki, Rahmi Turan ilk yazısında mənbənin Prezident İqamətgahına yaxın bir adam olduğunu iddia etmişdi. Lakin, açıqladığı Talat Atilla CHP-yə yaxın bir jurnalistdir. 

Məsələylə bağlı açıqlama verən Talat Atilla isə məlumatı CHP-nin yüksək vəzifəli bir təmsilçisindən aldığını və partiya sədri Kamal Klıcdaroğlunun da xəbəri doğrulamasından sonra, mətbuata sızdırdığını bildirib. 

Картинки по запросу Talat Atilla

                                                    Talat Atilla

Noyabrın 24-də Yalovada, öz evində mətbuat konfransı keçirən Məhərrəm İncə isə ona böhtan atıldığını deyərək, bu böhtanın CHP rəhbərliyindən gəldiyini bildirib. İncə, iddialar ortaya çıxdıqdan sonra Kamal Kıcdaroğlu ilə görüşmək istədiyini, lakin CHP sədrinin "sənə zəng edəcəm" dediyi halda zəng etmədiyini qeyd edib.

"Mən partiyamı qorumaq üçün çalışdım. Bu xəbər yalan xəbərdir. Küliyəyə Məhərrəm İncə getmədi, heç bir CHP-li getmədi.  Bu oyunu kim qurdu üzə çıxmalıdır. Prezident seçkiləri axşamı mənə qarşı ortaya çıxarılan dediqoduların arxasında CHP rəhbərliyindəki şəxslər vardı. Bu kiçik bir qrupdur. Bu qrup planlı şəkildə bu dediqoduları yaymaqda davam edir. Bu qrupun Məhərrəm İncədən çəkinmələri mənə qürur verir. Amma milyonların ümüdləri üzərində intiriqa ilə məşğul olurlar. Məni zəiflətmək üçün xərclədikləri enerjini AK Partiyaya qarşı xərcləmirlər. Bu tələ quran şəxslər CHP-dədir. CHP təmiz siyasətlə məşöul olursa ilk öncə onları təmizləməlidir. Bu çağırışım Klıcdaroğlunadır. "Doğrudur, bilirəm, amma ad çəkə bilmərəm" deyir. Bilirsinizsə, açıq şəkildə ad çəkin. Allah xatirinə, doğru danışaq Ərdoğan bu yalanın harasındadır? Adam çıxdı meydan oxudu. Əslində CHP rəhbərliyi Ərdoğana bəhanə verir. Bu dediqodunu mən ortaya çıxarmadım ki? 

Kim bu xain?  Bu gün mənə tələ quranlar, sabah Klıcdaroğlunu hədəf alacaqlar. Mən əl uzatdım Klıcdaroğluna, "buna qarşı mücadilə edək" dedim, qəbul etmədi. Üzüldüyüm odur ki, mən bu partiyada 15 yaşından varam. Cənab Klıcdaroğlu təqaüdə çıxdıqdan sonra CHP-yə gəlib. Klıcdaroğlunun bu yalana inanmaması lazım idi. Mütləq hesablaşacayıq. Hesablaşmadan halallaşa bilmərik. 82 milyonun vicdanına səslənirəm. Mən bu işin harasındayam? Özünüz prezidentliyə namizəd ola bilmədiniz, məcbur qalıb məni namizəd etdiniz. Mən bu partiyanın övladı deyiləmmi? Vicdanınız yoxdurmu? Pis insanlardan yaxşı idarəedici olmaz. 

CHP-də olan bir qrup bu işi təşkil edib. Hansı ki, onlar yayda Çeşmədə bir yaxtada birgə istirahət etmişdilər. Bütün bunları orada planlaşdırıblar" - Məhərrəm İncə belə deyib. 

Bu arada, jurnalist Murad Kəlkitoğlu Talat Atillaya yalan məlumat ötürən şəxsin CHP sədrinin müavini Tuncay Özkan olduğunu yazıb. 

CHP-nin keçmiş sədr müavini Yılmaz Öztürk isə CNN Türkə açıqlamasında, CHP-də FETÖ-çü bir qrupun olduğunu və hazırda partiyaya həmin qrupun rəhbərlik etdiyini deyib. Öztürk, həmin qrupun millətçi, atatürkçüləri sıradan çıxarmağa çalışdığını iddia edib. İddialara CHP-dən cavab gəlməyib.  


Oxunma sayı: 18052

Oxşar yazılar