Keçmiş məhkumdan heroin və oyuncaq tapança götürüldü

  • 14:26 - 25 Noyabr

Bakıda keçmiş məhkumdan narkotik vasitə və oyuncaq tapança aşkarlanıb.

Hadisə paytaxtın Səbail rayon ərazisində baş verib. Belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Ağayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,056 qram heroin və dəmir korpuslu oyuncaq tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)


Oxunma sayı: 9956

Oxşar yazılar