Azərbaycanda dəhşət: qardaş bacısının başını kəsdi – Cinayət işi açılıb

  • 10:14 - 25 Noyabr

Abşeronda baş verən dəhşətli qətllə bağlı cinayət işi açıldı.

Bu barədə Lent.az -a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

K.Zeynalovun verdiyi məlumata görə, hadisə noyabrın 24-də saat 17 radələrində baş verib. Belə ki, prokurorluğa 1966-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi ilə bağlı məlumat daxil olub. Bu məlumat əsasında polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla müəyyən edilib ki, Babək Fərzalıyev bacısı A.Fərzalıyevanı məzarlıqda qətlə yetirib. Belə ki, 20 yaşlı bacı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət etməyə gedib. Bu zaman böyük qardaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə qanla bitib. Qardaş özü ilə gətirdiyi bıçaqdan istifadə edərək bacısının boğazını kəsib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən bacısını qətlə yetirdiyini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 5908

Oxşar yazılar