Şirvan sakinini bıçaqlayan şəxs saxlanılıb

  • 18:55 - 24 Noyabr


 

Şirvanda bərbərxanada bıçaqlanma hadisəsi baş verib.

APA-nın  məlumatına görə, ötən gün Şirvan sakini, 1971-ci il təvəllüdlü Hüseynov Mehdi Habil oğlu Şirvan şəhəri İ.Qayıbov küçəsində yerləşən bərbərxanada həmyerlisi tərəfindən münaqişə zəminində bıçaqlanıb.

O, ürək nahiyəsini və döş qəfəsini dəlib keçən yaralarla Şirvan Şəhər Mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

 

 

Şirvan Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Oxunma sayı: 5556

Oxşar yazılar