İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz artıb

  • 24 Noy - 2019

Cari ilin on ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 4653,9 min nəfər olub.

Avropa.info  Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ölkə vətəndaşlarının 36,5 faizi İrana, 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5 faiz, Gürcüstana gedənlərin sayı 12,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.

Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,3 faizi dəmir yolu və avtomobil, 17,0 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.


Oxunma sayı: 1046

Oxşar yazılar