Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

  • 14:57 - 24 Noyabr

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.

Avropa.info Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, iki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.


Oxunma sayı: 12310

Oxşar yazılar