ABŞ məhkəməsi İranın girov saxladığı jurnalistə 180 milyon dollarlıq təzminatın verilməsinə qərar verib

  • 13:16 - 24 Noyabr

ABŞ-ın federal məhkəməsi Washington Post qəzetinin jurnalisti və onun ailəsinə 544 gün boyunca girov saxlandığı və işgəncəyə məruz qaldığına görə İrana qarşı açdığı məhkəmə işində 180 milyon dollara yaxın pulun verilməsinə dair hökm çıxarıb.

Ceyson Rezayanın şikayəti üzrə başladılan məhkəmənin qərarı İran rəsmiləri bir həftədir hökümətin müəyyən etdiyi benzin qiymətlərinin artımı səbəbilə qəzəblənən etirazçılara qarşı təqiblərdən sonra interneti bərpa etməyə başladığı vaxta təsadüf edib. ABŞ höküməti interntin kəsilməsindən sonra İranın telekommunikasiya nazirinə qarşı sanksiyalar irəli sürüb.

ABŞ-ın Vaşinqton şəhərindəki rayon məhkəməsinin hakimi Riçard Leon Rezayanın işi ilə bağlı cümə günü qərar verib. O, İran rəsmilərinin jurnalistə yatmağa imkan vermədiklərini, tibbi yardımı rədd etdikləri və ona işgəncə verdiklərini bildirib.

“İran höküməti Ceysonu ələ keçirib, onu öldürəcəyi ilə bağlı təhdid edirdi və onlar bunu etməklə Birləşmiş Ştatları Ceysonu sərbəst buraxmaq müqabilində iranlı məhbusları azadlığa buraxmağa vadar etməyi hədəfləyirdi”, Leon hökmündə qeyd edib.

Hakim daha sonra əlavə edib: “Birləşmiş Ştatlarla danışıqlarda üstünlük əldə etmək üçün bir insanı əsir tutub, işgəncə vermək dəhşətlidir, cəzalandırılmalıdır və bunun bir daha təkrar olunmaması üçün hədələr olmalıdır”.

İran hökmə cavab verməyib, baxmayaraq ki, məsələ ABŞ-ın ölkədə təmsil edən İsveç səfirliyi tərəfindən hökümətə təqdim olunub. İranın BMT-dəki missiyası şənbə günü şərh çağırışına dərhal cavab verməyib.

Rezayan və onun vəkilləri də şərh çağırışına cavab verməyib. Washington Post qəzetinin icraçı redaktoru Martin Barron yaydığı bəyanatda İranın Rezayana qarşı rəftarının “qorxunc” olduğunu deyib.

“Biz Rezayanlara kömək etmişik. Biz onların azadlıqları və dinc həyatlarından həzz aldıqlarını görməkdən məmnunuq”, Baron bildirib.

Rezayan 2014-cü ildə həyat yoldaşı Yeganə Salehi ilə birlikdə üzərlərinə silah çəkilərək həbs olunmuşdu. Rezayan məsələsi İslam Respublikasının Qərblə əlaqələri olan insanlardan danışıqlarda istifadə edə biləcəyinin nümunəsi idi. İnsan Haqları qrupları, BMT müstəntiqləri və həbs olunanların ailələri İranın bu cür halların çox olduğunu bildirir.

Washington Post-un akreditasiyalı jurnalisti olaraq İranda yaşayıb işləmək icazəsi olmasına baxmayaraq, Rezayan Tehranın Evin həbsxanasına aparılmışdı, daha sonra İnqilab Məhkəməsi ona bağlı keçirilən məhkəmədə hələ də izah olunmayan casusluq ittihamları ilə hökm oxumuşdu.

Pulun Rezayana neçə ödəniləcəyi hələ ki, aydın deyil. Bu pul Birləşmiş Ştatlar Dövlətin Dəstəklədiyi Terrorun Qurbanları Fondundan alına bilər. Həmin fon 1979-cu ildə İranda tələbələrin ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirməsi nəticəsində girov saxlanılan insanlar üçün nəzərdə tutulub.


Oxunma sayı: 6931

Oxşar yazılar