"Qarabağ" mövsümdə ilk məğlubiyyətini alıb

  • 23:33 - 22 Noyabr

Azərbaycan Premyer Liqasında XII tura start verilib. 

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir oyun keçirilib. 

Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk qarşılaşma Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası son çempion “Qarabağ”ı qəbul edib. 

Premyer Liqanın lideri olan Ağdam klubu ilk yarının sonlarında hesabı açıb. Xayme Romeronun zərbəsindən sonra top sumqayıtlı müdafiəçiyə toxunaraq istiqamətini dəyişdiyi üçün qapıçı aciz qalıb – 0:1. 

“Sumqayıt” fasilədən sonra fəallığı artırıb. Bu, hissənin ortalarında bəhrəsini verib. Peyman Babayi qısa zaman kəsiyində vurduğu iki topla komandasını hesabda önə çıxarıb – 2:1. “Qarabağ” 69-cu dəqiqədə daha bir zərbə alıb. İsmayıl İbrahimli qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 

Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən qaçmağa səy göstəriblər. Lakin “Qarabağ” bunu bacarmayıb və mövsümdə ilk məğlubiyyətini alıb. 

Bu, Avropa Liqasının “Sevilya” ilə səfərdəki vacib matçı ərəfəsində baş verib. “Sumqayıt” isə əzmkar qələbə ilə 3-cü pillədəki “Neftçi”ylə fərqi minimuma endirib. 

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də baş tutacaq. 

Azərbaycan Premyer Liqası 
XII tur 
22 noyabr (cümə) 
“Sumqayıt” – “Qarabağ” - 2:1 

Babayi, 65, 68 - Romero, 36 
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov 
Hakim-inspektor: Munis Abdullayev 
AFFA nümayəndəsi: Asif Əliyev 
“Kapital Bank Arena”, 19:00 

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev 
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə 
Baş məşqçi: Ayxan Abbasov 

“Qarabağ”: 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli 
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 10. Dani Kintana, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı 
Baş məşqçi: Qurban Qurbanov 



Qarabağ 

12 







21-5 

27 



Keşlə 

11 







13-6 

19 



Neftçi 

11 







16-10 

18 



Sumqayıt 

12 







16-17 

17 



Səbail 

11 







8-17 

11 



Zirə 

11 







11-17 

11 



Sabah 

11 







11-14 

10 



Qəbələ 

11 







9-19 



Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Mehdi Şərifi ("Sumqayıt") - 5 qol


Oxunma sayı: 10077

Oxşar yazılar