İspaniya polisi 13 çamadan kokain müsadirə edib

  • 22:05 - 22 Noyabr

İspaniyanın Valensiya şəhər polisi böyük həcmdə narkotik vasitə müsadirə edib.
Avropa.info xəbər verir ki, bu barədə İspaniya Milli Polisinin məlumatında deyilir.
Məlumata əsasən, ümumi çəkisi 426 kiloqram olan 13 çamadan kokain Kosta-Rikadan gələn gəminin kokos lifləri yüklənmiş konteynerində gizlədilibmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı altı nəfəri, o cümlədən yükü gətirən idxalçı firmanın menecerini, onun həyat yoldaşını və konteyneri boşaldan dörd nəfəri saxlayıb.
Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb.


Oxunma sayı: 4269

Oxşar yazılar