Putin təhlükələrdən bəhs edib - "Kosmos hərbiləşdirilir"

  • 19:45 - 22 Noyabr

Rusiya prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Virtualaz.org bildirir ki, Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir. Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

Lider dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb: “Dünyanın müxtəlif bölgələrində nəinki uzun müddətdir davam edən münaqişələr aktivləşir, həm də yeni konfliktlər meydana çıxır. Aparıcı ölkələr hücum silahlarını fəal şəkildə inkişaf etdirir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması, habelə kosmosun hərbiləşdirilməsi cəhdləri də ciddi narahatlıq doğurur”.


Oxunma sayı: 5270

Oxşar yazılar