İrandakı etirazlarda 251 nəfər öldürülüb - İddia

  • 17:49 - 22 Noyabr

İranda yanacaq qiymətlərinin qaldırılmasından sonra başlayan etiraz aksiyaları davam edir.

Avropa.info xəbər verir ki, İran Milli Müqavimət Şurası etirazlarda 251 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü, 7 min nəfərdən çox adamın həbs olunduğunu iddia edən yazı dərc edib.

“Hesabatlar İran rejiminin təzyiqinin və qapalı qapılar arxasında cinayətlərinin davam etdiyini göstərir. “Netblocks” 113 saat ərzində İranın internetlə əlaqəsinin kəsildiyini, rejimin üsyan xəbərlərinin yayılmaması üçün dünyaya çıxışının qarşısının alındığını bildirib” – yazıda qeyd olunur.

Yazıda etirazların 146 şəhərə yayıldığı bildirilir.

İran mətbuatı İran hökumətinin ictimaiyyətə açıqlanan bu rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirib. 


Oxunma sayı: 4731

Oxşar yazılar