“Aman Allah, Sərkisyan özü etiraf etsə də Paşinyan Xocalını danır...” – Tomas de Vaal və Cosua Kuçera erməni baş nazirin dediklərini qınadı

  • 17:23 - 22 Noyabr

Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın Milan şəhərində erməni kilsəsində çıxışı zamanı Xocalıda ermənilərin qətliam törətdiklərini inkar edib.

Paşinyan bildirib ki, “hətta Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov öz müsahibəsində Xocalıdakı qırğını müxalifətin onu devirmək üçün təşkil etdiyini” demişdi.

Eks-prezident Ayaz Mütəllibov virtualaz.org-a açıqlamasında artıq Paşinyanın dediklərinə sərt cavab verib. Heç vaxt Xocalı qırğınına görə müxalifəti günahlandırmadığını, müxalifətin bu hadisələrdən istifadə edib onu devirməyə çalışdığı haqda danışdığını deyib.

“Vestnik Kavkaza” portalı xəbər verir ki, Paşinyanın dediklərinə beynəlxalq ekspertlərdən də reaksiyalar gəlib. Vaşinqtondan jurnalist, Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik problemləri üzrə nüfuzlu ekspert Coşua Kuçera özünün Twitter-bloqunda Ermənistan baş nazirini “Xocalı inkarçısı” adlandırıb.

“Paşinyan Xocalı inkarçısı oldu”,-o yazıb və Paşinyanın Milan çıxışını tvit-inə əlavə edib.

Bu tvit-ə Qafqaz və Qarabağ münaqişəsi üzrə nüfuzlu britaniyalı ekspert Tomas de Vaal da münasibət bildirib. “Aman Allahım (Paşinyan belə deyir), hətta keçmiş Azərbaycan prezidenti (Mütəllibov) sözlərinin təhrif olunduğunu desə də, keçmiş erməni prezident (Sərkisyan) Xocalıda həqiqətən qırğın törətdiklərini etraf etsə də...”,-o, Kuçeranın sözlərinə cavab olaraq bildirib. 


Oxunma sayı: 11606

Oxşar yazılar