İsrail qaynayır, Netanyahu üçün yolun sonu gəldi - "Bu bir dövlət çevrilişi cəhdidir"

  • 16:55 - 22 Noyabr

İsrail baş naziri Benyamin Netanyahu Qərbi Qüdsdə yerləşən ofisində barəsində səsləndirilən ittihamlarla bağlı mətbuat konfransı keçirib.

Avropa.info xəbər verir ki, ittihamları rədd edən Netanyahu “Hazırda əsassız ittihamlarla baş nazirə qarşı təşkil olunmuş çevriliş cəhdinə şahid oluruq” ifadəsi işlədilib.

Netanyahu barəsində aparılan istintaqla bağlı sualların yarandığını, bu halın da İsrail polisi və Baş Prokurorluğa olan etibarın zədələndiyini deyib.

“Məni dəstəkləyənlərə və siyasi rəqiblərimə səslənirəm. Dövlətimizin təhlükəsizliyi üçün etibarlı bir hüquqa tabe olmalıyıq” – dövlət işlərini sona qədər davam etdirəcəyini bildirən Netanyahu belə deyib.

Netanyahu onu sorğu-suala çəkən məmurların da istintaqa cəlb olunmasını tələb edərək, prosesi “çirkli”, barəsindəki cinayət işi sübutlarının isə “şübhəli” olduğunu qeyd edib.

“4000 nömrəli” telekommunikasiya korrupsiya işində şahid qismində çıxış edən şəxsi şantaj etdiyi iddia olunan Netanyahu hüquq sisteminin ona qarşı ayrı-seçkilik şəraitində fəaliyyət göstərdiyini bildirib. 

Netanyahuya müxalif olanlar baş verən prosesləri sevinclə qarşılayaraq sosial şəbəkədə “Netanyahu firon kimi sularda boğulacaq” şərhləri yazıblar.

Qeyd edək ki, İsrail prokuroru Avixay Mandelblit üç fərqli dosye ilə Netanyahu barəsində cinayət işi açılmasına qərar vermişdi. Prokuror 4000 nömrəli dosyedə rüşvət, 1000 və 2000 nömrəli dosyelərdə isə saxtakarlıq və vəzifədən sui-istifadə etmə ittihamları ilə iddianamə hazırlamışdı.

İsrail baş naziri Netanyahu haqqında üç ayrı cinayət işi dosyesi var. 

“4000 nömrəli” telekommunikasiyada korrupsiya işi çərçivəsində Netanyahu Şaul Eloviçiçin sahib olduğu “Bezeq” media şirkətinə məxsus "Walla News" adlı internet saytında ailəsi lehinə xəbərlərə yer verilməsi qarşılığında biznesmenə 276 milyon dollar dəyərində maliyyə imtiyazı verməkdə ittiham olunur.

“1000 nömrəli” dosyedə isə Netanyahunun 2007 ilə 2016 illəri arasında iş adamlarından “hədiyyə” adı altında 283 min dollar dəyərində siqar, şampan, zinət əşyası və təyyarə bileti aldığı iddia olunur.

“2000 nömrəli” dosyedə də Netanyahu barəsində “rüşvət almaq, korrupsiya, vəzifədən sui-istifadə etmə” ittihamları yer alır. 

Mandelblit dosyelərlə bağlı qərar vermədən öncə dörd gün boyunca Netanyahunun vəkillərinə qulaq asmışdı.


Oxunma sayı: 8031

Oxşar yazılar